Azadsöz.az xəbər verir ki, “Formula 1”də 2022 mövsümünün bütün Qran-prilərinin təqvimi açıqlanıb.
Bu il ərzində rekord sayda – 23 yarışın təşkili planlaşdırılır. Birinci mərhələ martın 20-də Bəhreyndə olacaq.
Təqvimə ilk dəfə daxil edilmiş Mayami Qran-prisi mayın 8-də keçiriləcək. Mövsümə noyabrın 20-də Abu Dabidə yekun vurulacaq.
Bu il həmçinin, Sinqapur, Melburn və Monreal Qran-priləri təqvimə qayıdacaq. Onlar 2021-ci ildə koronavirus üzündən keçirilməyib.
Azərbaycan Qran-prisi isə 12 iyunda olacaq.
“Formula 1”də 2022 mövsümünün təqvimi (Bakı vaxtı ilə)
1. Bəhreyn Qran-prisi – 20 mart saat 19:00
2. Səudiyyə Ərəbistanı Qran-prisi – 27 mart saat 21:00
3. Avstraliya Qran-prisi – 10 aprel, saat 09:00
4. Emiliya-Romanyi Qran-prisi – 24 aprel saat 17:00
5. Mayami Qran-prisi — 8 may saat 23:30
6. İspaniya Qran-prisi — 22 may saat 17:00
7. Monako Qran-prisi — 29 may saat 17:00
8. AZƏRBAYCAN QRAN-PRİSİ — 12 iyun saat 15:00
9. Kanada Qran-prisi — 19 iyun saat 22:00
10. Böyük Britaniya Qran-prisi — 3 iyul saat 18:00
11. Avstriya Qran-prisi — 10 iyul saat 17:00
12. Fransa Qran-prisi — 24 iyul saat 17:00
13. Macarıstan Qran-prisi — 31 iyul saat 17:00
14. Belçika Qran-prisi — 28 avqust saat 17:00
15. Niderland Qran-prisi — 4 sentyabr saat 17:00
16. İtaliya Qran-prisi — 11 sentyabr saat 17:00
17. Rusiya Qran-prisi — 25 sentyabr saat 15:00
18. Sinqapur Qran-prisi — 2 oktyabr saat 16:00
19. Yaponiya Qran-prisi — 9 oktyabr saat 09:00
20. ABŞ Qran-prisi — 23 oktyabr saat 23:00
21. Meksika Qran-prisi — 30 oktyabr saat 23:00
22. Braziliya Qran-prisi — 13 noyabr saat 22:00
23. Abu Dabi Qran-prisi — 20 noyabr saat 17:00