21 May 2024 18:13

İran yeni raketini təqdim etdi-FOTO

“Azadsöz.az”  “Tehran Times”a istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) 1450 km mənzilli yeni raketi ictimaiyyətə təqdim edib.

“Xeybər Şekan” (“Kheibar Shekan”) adlı üçüncü nəsil raket qarşı tərəfin hava müdafiə sistemini dəf etmək qabiliyyəti ilə seçilir.

“Raket müəyyən edilmiş hədəfi yüksək dəqiqliklə vurur və fövqəladə sürətə malikdir”, – “Sepah”ın Hava Qüvvələri komandanı Əli Hacızadə bildirib.

İran yeni raketinitəqdim etdi