23 Noyabr 2024 21:26

Bakı polisi Avropada yaşayan bloger və jurnalist barəsində axtarış elan edib-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Avropada yaşayan azərbaycanlı mühacirlər – bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edib.

Bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib

Bildirilib ki, T.Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.

Qeyd edək ki, T.Sadıqlı Almaniyada, F.Hüseynov isə Niderlandda yaşayır.

 

Avropada yaşayan bloger və jurnalist axtarışa verildi - FOTO

Ankara escort İstanbul Travesti Shemale İstanbul