01 İyul 2024 17:05

Qubada qanunsuz tikintikin qarşısı alındı-VİDEO

Azadsöz.az xəbər verir ki, Quba şəhərinin Gənclər küçəsində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Quba Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.