01 İyul 2024 12:52

Aprel döyüşləri şəhidinin növbəti doğum günü qeyd edildi-FOTO

Azadsöz.az xəbər verir ki,  bu gün  2016 cı il Aprel döyüşləri zamanı şəhid olan Göyçay rayon Çaxırlı kənd sakini şəhid Teymur Mikayıl oğlu Qasımovun cənnətdəki növbəti doğum günü qeyd edildi.

Tədbirdə şəhid ailələri, şəhidin ailə üzvləri kənd sakinləri iştirak ediblər.

Şəhidin məzarı ziyarət olunub ruhuna dualar oxunub.

Daha sonra şəhidin adına ehsan süfrəsi verilib.

Qeyd edək ki,  Teymur Qasımov 28 iyun 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub.

Əsgər Teymur Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 5-i isə Teymur Qasımov doğulduğu Göyçay rayonunun Çaxırlı kəndində son mənzilə yola salınıb.Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Qasımov uğrunda şəhid olduğu torpağa tapşırılıb.


Teymur Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.


Allah şəhidlərimizə rəhmət etsin.

Gülşən Muradova