01 İyul 2024 15:54

İranda seçki qutusunu daşıyan avtomobilə atəş açıldı

Azadsöz.az xəbər verir ki, Sistan və Bəlucistan vilayətinin Cəkiqur Rask bölgəsində naməlum şəxslər seçki qutusunu daşıyan avtomobilə atəş açıb.

Hadisə yerinə bir neçə təcili tibbi yardım maşını göndərilib.

Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.