07 May 2024 17:10

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda sürücü əlil arabasında olan şəxsi vuraraq qaçdı

Azadsöz.az  xəbər  verir  ki, Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 13:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. Sürətlə hərəkət edən naməlum avtomobil qarşı tərəfdən gələn “VAZ 2106” markalı minik avtomobilinə çırpılıb və yoldakı piyada keçidinin üstündə əlil arabası ilə hərəkət edən Aydın Maqsudovu vurub.

Qəza törədən avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə  Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəzanı törədən sürücünün tapılması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.