Azadsöz.az xəbər verir ki, bu gün Sankt-Peterburqda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin təntənəli təməlqoyma mərasimi keçirilib.Abidə bəstəkarın adını daşıyan meydanda ucaldılacaq.
Qeyd edək ki, abidənin müəllifi heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının və Florensiya İncəsənət Akademiyasının akademiki Aydın Zeynalovdur.