Azadsöz.az xəbər verir ki, SSRİ-nin tanınmış latviyalı aktyoru Arnis Litsiti 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, A.Litsitis 1946-cı il yanvarın 8-də Riqada anadan olub. 1965-ci ildə “İyirmi ildən sonra filmi” ilə debüt edib. 200-dən çox film və teleseriallarda rol alıb. 1996-cı ildən Riqa Rus Dram Teatrının səhnəsində çıxış edirdi. Latviya aktrisası İnqa Ayzbaltla ailəli olub.