Azadsöz.az xəbər verir ki, rayonun M.Hüseynzadə küçəsində hərəkət edən “Mercedes” markalı sərnişin mikroavtobusu yolu keçən piyadanı, Göyçay şəhər sakini, 1998-ci il təvəllüdlü Rəsulov Nicat Elbrus oğlunu vuraraq hərəkətdə olan “Toyota Prado” markalı avtomobilin qarşısına atıb. Həmin avtomobil onun ayağının üstündən keçib.
Qeyd edək ki, Göyçay Elektrik Şəbəkəsinin əməkdaşı olan Nicat Rəsulov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.