28 Noyabr 2024 09:49

Təhsil Nazirliyi bağça müdirləri və işçiləri ilə bağlı qərar verib

Bağça müdirləri ilə əmək müqaviləsinin müddəti uzadılıb.

Bu barədə Azadsöz.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirlik uşaq bağçalarının müdirləri barədə müsbət qərar verib: “Məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib. Müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq”.

Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul