Azadsöz.az xəbər verir ki, yanvarın 17-də Göyçayın Çaxırlı kəndindəki evlərin birinin həyətində ev sahibinin kürəkəni xuliqanlıq zəminində tüfəngdən havaya 2 dəfə atəş açıb.
Bu barədə DİN Mətbuat Xidmətindən Göyçay Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. M.Şıxalıyev saxlanılıb, ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.