Azadsöz.az xəbər verir ki, 20 dekabr tarixindən ehtibarən Göyçayda “Sabir” adına parkda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunacaq.Yarmarkada kənd təsərrüfatı və ərzaq məhsullarının satışı həyata keçiriləcək.
Qeyd edək ki, təşkil olunacaq yarmarka ilə bağlı “Sabir” adına parkda iməclik keçirilir.Alaq otları təmizlənir, ağacların qurumuş budaqları budanır, daş və digər tullantı parçaları toplanır və qurumuş ot örtüyü biçilərək səhmana salınır.
Xatırladaq ki, “Kənddən Şəhərə” Yeni il yarmarkası karantin rejiminin tələblərinə tam əməl olunmaqla keçiriləcək.Mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək.