Azadsöz.az xəbər verir ki, Göyçay Peşə Hazırlığı Mərkəzi 20 dekabr 2021-ci il tarixdə “Ərzaq və qeyri ərzaq mallarının satıcısı və kassir” peşəsi üzrə 2 aylıq kurslara start verir.Təşkil olunan kurslar Göyçayda işə götürən 5 müəssisənin sifarişi əsasında həyata keçirilir.
Bununla bağlı bu gün Göyçay Peşə Hazırlığı Mərkəzinin təlim- tədris üzrə şöbə müdiri Əziz Əzimov və həmin şöbənin aparıcı mütəxəssisi Zərif Musayeva tərəfindən kursa dəvət olunan təlimçilərə “TOT” təlimi keçirilib.
Qeyd edək ki, kurslara işsiz vətəndaşlar cəlb ediliblər. Kursun sonunda həmin vətəndaşlar işlə təmin olunacaqlar.