Azadsöz.az xəbər verir ki, meyxanaçı Ağakərim ( Kərim Novruzov) yenidən insult keçirib.
Bu barədə onun sənət dostu, meyxanaçı Ağamirzə Məmmədov “Günün sədası” verilişində danışıb.
Onun sözlərinə görə, Ağakərimin 1 həftə əvvəl yenidən halı pisləşib və insult keçirib. “Gözləri qaraldı, əsməyə başladı, titrəyirdi. Həkim gətiriblər, deyib, yenə insult keçirdib”,- deyə Ağamirzə bildirib.