08 May 2024 02:44

Fərqliliyimiz Uğurumuzdur

Azərbaycanda kredit əldə edilməsi ilə bağlı yeni sistem tətbiq edilə bilər

Azadsöz.az xəbər verir ki, “Dərhal alış-veriş krediti əldə etməyə imkan verən sistemi Azərbaycanda da tətbiq edə bilərik”.

Bu barədə “Mastercard”ın biznesin inkişafı üzrə direktoru Mithat Perköz məlumat verib.

O bildirib ki, danışıqlar zamanı buna maraq göstərən banklar da olub:

“Hazırda bunu necə tətbiq edə bilərik, xüsusilə də hüquqi müstəvidə bunu həyata keçirməyimiz üçün qarşımızda hansı amillər dayanır və s. araşdırıb çox uzaq olmayan bir dövrdə Azərbaycanda da anında alış-veriş krediti əldə etməyi təmin edəcək sistemi həyata keçirməyimiz mümkün ola bilər”.  

Qeyd edək ki, dərhal alış-veriş krediti əldə etməyə imkan verən sistemlə yüksək dəyərli, o cümlədən avtomobil kimi məhsulların da onlayn alışını həyata keçirmək mümkün ola bilər.