19 Sentyabr 2024 20:28

Moskvada “3+3” formatında ilk görüş keçirilir

Azadsöz.az  xəbər verir ki, Moskva şəhərində regional əməkdaşlıq üzrə “3+3” formatında ilk görüş keçirilir.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar evində başlayan görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və İran xarici işlər nazirlərinin müavinləri iştirak edirlər.

Azərbaycanı görüşdə XİN rəhbərinin müavini Xələf Xələfov təmsil edir.

Məlumata görə, iclas qapalı keçirilir.

Xatırladaq ki, Gürcüstan müzakirələrə qatılmayıb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com