Göyçay şəhər M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxanadan Azadsöz.az-a verilən məlumata görə, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Göyçaylı şəhidlərimizlə bağlı Kitabxana bukletlər hazırlayıb. Məqsəd şəhidlərimiz haqqında məlumatı təbliğ etmək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna xidmət göstərməkdir.
Qeyd edək ki, Göyçay şəhər M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxanada mütamadi olaraq keçirilən vətənpərvərlik və müxtəlif səpkili tədbirlərdə iştirakçılara bukletlər təqdim olunur.Başlanan Vətən müharibəsindən bu günə kimi Mərkəzi Kitabxanada şəhidlərimizlə bağlı sərgi fəaliyyət göstərir və göstərməkdə davam edəcək.
Xatırladaq ki, bukletlər Mərkəzi Kitabxananın biblioqrafı G.Bədirova və proqramçı P.Həsənova hazırlayıb.