Azadsöz.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində şəhid olan 14 hərbçi dəfn olunub.
Onlardan 11-nin cənazəsi II Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mərasimdə iştirak edib.
Digər üç şəhid – polkovnik Fizuli Cavadov Zirə qəsəbəsində, kapitan Xəyyam Əliyev Əmircan qəsəbəsində, baş leytenant Fərid Nağıyev isə Beyləqan rayonunda dəfn olunub.