Azadsöz.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyi tərəfindən “Əməli yazı nümunələrini birlikdə öyrənək” adlı təlimin ilk görüşü baş tutub.
Baş tutan təlim çərçivəsində Göyçay Regional Peşə – Tədris Mərkəzinin təhsil üzrə şöbə müdiri Əziz Əzimov gənclərə əməli yazı nümunələri haqqında məlumat verib.Bununla yanaşı gənclərə tərcümeyi-hal və ərizələrini yazıb təqdim etməsi ilə bağlı tapşırıqlar verib.
Qeyd edək ki, bilik və bacarığını təkminləşdirmək istəyən şəxslər Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinə üzv ola bilərlər.