27 Noyabr 2024 16:39

Bu gün Polkovnik Babək Səmidlinin anım günüdür

Azadsöz.az  xəbər  verir  ki, 23 noyabr  2020-ci ildə 44 günlük Vətən  Müharibəsində   şəhidlik zirvəsinə yüksələn Göyçay şəhər sakini Polkovnik Babək Səmidlinin anım günüdür.Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini Babək Mətləb oğlu Səmidli  7 yanvar 1974-cü ildə Göyçay şəhərində anadan olub.1993-cü ildə Ankarada Quru Qoşunları Məktəbinə daxil olub və 1997-ci ildə  məzun olub. 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin  sıralarında xidmət edib.

Bildirək  ki, 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər, Cəbrayıl və  Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri  olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli  1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi  olub. Cəbhənin  Tərtər rayonu  istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu.Gecə döyüşləri zamanı  Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi  Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycanın  qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident  İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli  “Hərbi xidmətlərə görə” medalı  ilə təltif edilib.

Azərbaycan Ordusunun polkovniki və 1-ci Ordu Korpusunun Komandiri müavini olan Babək Səmidli 2020-ci il sentyabrın 27-də   başlanan Vətən Müharibəsində Tərtər rayonunun  Suqovuşan qəsəbəsinin azadlığı  uğrunda gedən döyüşlərdə iştirak  edib.Onun rəhbərliyi altında Madagiz (Suqovuşan) qısa müddət ərzində işğaldan azad edilib.Şəhid Babək Səmidliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin  Vətən müharibəsi fonduna təhvil verilib.

Qeyd edək ki, 2020-ci il noyabrın 23-də Babək Səmidli  Suqovuşan  ərazisində minaya düşüb və şəhid olub.O, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Rusiya  tərəfinin sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərində ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyidlərin çıxarılması idi. Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralandı. Babək Səmidli noyabrın 24-də  Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Polkovnik Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni , “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” medalları ilə  təltif  edilib.

 

 

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul