05 May 2024 06:11

Fərqliliyimiz Uğurumuzdur

“Səyyar kitabxana” Göyçayda

Azadsöz.az xbər verir ki, 5 noyabr 2021-ci ildə Göyçay rayon İcra  Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Zivər Zeynalova,  Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov,  Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini və YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Göyçay informasiya agentliyinin, Nartv saytının və yotube kanalının, Göyçay rayon mətbuat xidmətinin rəhbəri və “Göyçay” qəzetinin baş redaktoru  Anar Nağıyev  və Göyçay şəhər  üzrə nümayəndəliyinin rəhbəri Rəşad Şükürov  31 oktyabr 2021 ci il tarixdən Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Göyçayda  yaradılmış Səyyar kitabxana ilə  tanış  olublar.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin “Səyyar kitabxana” layihəsi 3000 çap olunmuş və  5000 elektron kitab bazası ilə Göyçaya səfər edib.

Qeyd edək ki, “Səyyar kitabxana” dekabr ayı ərzində Beyləqan, Ağcabədi, Bərdə, Neftçala, Salyan, Qobustan, İsmayıllı, Ağsu və Şamaxı rayonlarına da səfər edəcək.