26 Aprel 2024 23:45

Fərqliliyimiz Uğurumuzdur

“Göyçaydan Qarabağa hər əsgərə bir nar” adlı karvan yola salındı-FOTOLAR

Azadsöz.az  xəbər  verir ki, 07 noyabr 2021-ci il tarixdə Zəfər günü münasibətilə “Göyçaydan Qarabağa hər əsgərə bir nar” şüarı altında tədbir keçirilib. Göyçayın narı,  həmçinin rayon ərazisində yetişən müxtəlif meyvələrdən ibarət yüklənmiş karvan Qarabağ bölgəsində xidmət edən əsgərlərimizə göndərilib.

“Göyçaydan Qarabağa hər əsgərə bir nar” şüarı altında keçirilən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə 2020-ci ilin sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi hücuma keçməsinin nəticəsi olaraq Ali baş komandanın əmri ilə əks hücum həmləsi həyata keçirilməsi və ordumuzun qəhrəmanlığı nəticəsində işğal altında olan torpaqlarımızın azad olması barədə məlumat verib.

Sonda avtomobil karvanı Qarabağ bölgəsinə yola salındı.

Qeyd edək ki, tədbir pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilmişdir.