23 Noyabr 2024 04:31

Göyçay şəhər Musiqi məktəbində “Zəfər Günü” adlı tədbir keçirildi

Azadsöz.az xəbər  verir ki, 05 noyabr 2021-ci ildə  Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbində Zəfər Günü” adlı tədbir keçirilib. Tədbirdə Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov, musiqi  məktəbinin kollektivi, Göyçay rayon İcra  Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Zivər Zeynalova, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini və YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov  və  digər  şəxslər  iştirak ediblər.

İlk  öncə Dovlet Himni seslendirildi, sonra torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri  giriş  sözü  ilə  açan   Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov  bildirib ki,  “Dəmir Yumruq” əməliyyatı və ya İkinci Qarabağ müharibəsi  xalqımızın birliyini və  Müzəffər Ordumuzun gücünü  bir daha  sübut  etdi.2020-ci il sentyabrın 27-də başlanan 44  günlük Vətən Müharibəsi Azərbaycan xalqının 30 illik yurd həsrətinə  son qoydu.İşğalçı ölkənin döyüş və diplomati­ya meydanında hərbi-siyasi məğlubiyyəti Azərbaycanın  güclü  iradəyə  sahib  olduğunu göstərdi.

Daha  sonra  tədbir Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbinin  kollektivinin  “Zəfər Günü”-nə  həsr  etdikləri  ədəbi-bədii kompozisiya və muğam ifaları  ilə  davam edib.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul