Azadsöz.az xəbər verir ki, 30 oktyabr 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şəhid olan Azər Əliyevin anım günüdür.Azər Elnur oğlu Əliyev 21 mart 2002-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub.2008-2019-cu illərdə Kürdşaban kənd tam orta məktəbdə təhsil alıb.Orta məktəbi bitirdikdən sonra Bakı idarəetmə və Texnologiya Kollecinə daxil olub.Həqiqi hərbi xidmət vaxtı çatdığı üçün təhsilini yarıda qoyaraq, hərbi xidmətə yollanıb.Hərbi xidmət zamanı tankçı peşəsinə yiyələnib.
Azər Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak edib. 30 oktyabrda Füzuli rayonu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.Göyçay rayonu Kürdşaban kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Azər Əliyev ölümündən sonra “Vətən uğrunda” , “Füzuli rayonunun azad olunmasına görə” və “Cəsur döyüşcü” medalları ilə təltif edilib.