Azadsöz.az xəbər verir ki, Bakı metrosunda qatarların hərəkəti bütün 2-ci xətt adlandırdığımız (Həzi Aslanov- 28 May) istiqamətdə müəyyən məhdudiyyətlər yarandığı üçün həmin sahə boyunca qatarların hərəkətinin tənzimləməsinə təsir göstərib.
Hazırda “Bakı Metropoliteni” problemin aradan qaldırılması üçün işləyir. Burda da, başlıca prinsip sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.
“Metropolitenin yaşıl və Qırmızı xətləri boyunca əsas istiqamətlər üzrə hərəkət intervalı mövcud qrafikə uyğun olaraq təmin edilib. Yeganə istisna “Cəfər Cabbarlı- Xətai” stansiyalarıdır”, – qurumdan bildirilib.
Bildirilib ki, metroya bomba qoyulması barədə yayılan məlumatlar tamami ilə yanlışdır: “Məsələ araşdırılır”. (unikal)