22 Noyabr 2024 12:00

Şəhid Fərid Mövsümovun anım günüdür-VİDEO

Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn  Fərid Zakir oğlu Mövsümovun  anım günüdür.Fərid Mövsümov 19 sentyabr 1987-ci ildə Göyçay  şəhərində  anadan  olub.1993-cü ildə Göyçay rayon 3 saylı tam orta məktəbə  gedib və rus-dili  bölməsində oxuyub.Milliyətcə ləzgidir.Şəhidimizin  atası Mövsümov  Zakir Qaflan oğlu polis baş leytenant, anası Süleymanova Rəfiqə Əlibala qızı isə müəllimə olub.

Şəhidimizin anası  2008-ci ildə, atası  isə  2010-cu ildə xərçəng xəstəliyindən dünyasın dəyişib.Fərid Mövsümovun özündən savayı bir  qardaş və bir bacısı var.Qardaşı Zaur Mövsümov Yol quruculuğunda, bacısı Sevda Mövsümova  isə  Qazaxıstanda həkim vəzifəsində  çalışır.

Fərid Mövsümov  2020-ci il sentyabrın 27-də  başlanan Vətən Müharibəsində könüllü  olaraq döyüşə yollanıb.Füzuli  rayonun Qaraxanbəyli, Üçbulaq  kəndlərində gedən döyüşlərdə iştirak edərək,  oktyabrın 30-da şəhid olub.Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Fərid Mövsümov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Bildirək ki, Göyçayda küçələrin birinə Fərid Mövsümovun adı  verilib.

 

 

İstanbul trv istanbul travestileri