Azadsöz.az xəbər verir ki, Xalq artisti Məleykə Əsədova barmağından əməliyyat olunub.
Bu haqda sənətçi özü deyib:
“Sağlamlıq həyatın ən böyük gözəlliyidir. Hər zaman sağlamlığımızın qayğısına qalmaq üçün doğru və peşəkar həkimlərə müraciət etmək lazımdır. Mənim də bir balaca problemim var idi. Həkimlərimə müraciət etdim. Barmağımla bağlı problem yaranmışdı. Buna görə də əməliyyat etdirdim. Əgər əməliyyat edilməsəydi, böyük fəsadlara yol aça bilərdi”.