Azadsöz.az xəbər verir ki, bu gün Nizami adına Göyçay şəhər 7 saylı tam orta məktəbin direktor müavini Aqil Kəngərli və gənclərin çağırışaqədərki hazırlığı üzrə müəllim Elşən Süleymanovun rəhbərli ilə məktəbin 8 və 9-cu sinif şagirdləri Göyçay Bayraq Muzeyində olublar.
Göyçay Bayraq Muzeyinin direktoru Aqil İbrahimov şagirdlərə və müəllimələrə muzeydə yer alan Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyası , Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar haqqında ətraflı məlumat verib.
Görüşün sonunda Aqil Kəngərli və Elşən Süleymanov muzeyin xatirə kitabına görüşlə bağlı öz ürək sözlərini yazdılar.
Qeyd edək ki, Bayraq Muzeyinə baxış sosial izolyasiya qaydalarına uyğun keçirilib.