22 Noyabr 2024 01:34

Moskvada Vətən müharibəsi şəhidlərindən bəhs edən kitab çap olunub-FOTO

Azadsöz.az xəbər verir ki, Rusiyadakı Azərbaycan diasporunun dəstəyi ilə ərsəyə gələn “Şəhidlik əbədi zirvədir” (“Stalo veçnoö slavoy qeroyskaə smert”) adlı kitabın təqdimat mərasimi keçirilib.Aybəniz Rüstəmovanın müəllifi olduğun kitab 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlardan bəhs edir.

Azərbaycanın Rusiyadakı Səfirliyinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin, Rusiyadakı Azərbaycan diasporunun, eləcə də iki ölkənin ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində çıxış edən müəllif bildirib ki, hələlik kitabın birinci cildi nəşr olunub: “Birinci cilddə Qarabağ uğrunda canından keçən şəhidlərimizdən 577-si haqqında məlumat yerləşdirilib. Bu kitabın növbəti cildlərində hissə-hissə üç minə yaxın şəhidimiz haqqında ətraflı məlumat verəcəyik. Bütün şəhidlər haqqında bu layihədə məlumatlar yerləşdiriləcək. Heç bir şəhidimizi unuda bilmərik. Ümumilikdə şəhidlərimizə həsr olunan beş cildlik kitab nəşr etməyi planlaşdırmışıq. Hələlik bu kitab rus dilindədir. Amma çox istəyərdik ki, kitab öz dilimizdə, Azərbaycan dilində də nəşr olunsun”. A.Rüstəmova müəllifi olduğu kitabın ilk növbədə Rusiya auditoriyası üçün çap olunduğunu vurğulayıb: “Bildiyiniz kimi, Rusiyada çoxlu sayda həmvətənimiz də yaşayır. Onlar bilməlidirlər ki, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən belə qəhrəmanlarımız var. Biz öz tariximizi, Qarabağ müharibələrinə verdiyimiz şəhidləri unutmamalıyıq. Bu şəhidlərin adları əbədiləşdirilməli, gələcək nəsillərə təqdim edilməlidir”.

Moskvadakı Dövlət İdarəetmə Universitetinin professoru Sergey Qarnik ikinci Qarabağ müharibəsinin şəhidlərindən bəhs edən kitabın orijinal xatirə janrında yazıldığını bildirib: “Kitabda konkret insanlara dair konkret faktlar və konkret bioqrafiyalar qeyd olunub. Məhz bu səbəbdən kitab qiymətli əsərdir. Müəllif kitabda övladını, qardaşını, atasını itirmiş insanların hisslərini ifadə edib. Biz yaşlı nəsil bu son 30 ildə hər zaman yeni gənc nəslin mənəvi dəyərlər baxımından aşağı səviyyədə olmaqda günlandırılmasını eşidirdik. Düşünürəm ki, müəllif bu kitabda çox dəqiq şəkildə məhz bu son üç onillikdə azərbaycanlı ailələrdə Qarabağ torpağını görməyən, lakin böyüklərindən Qarabağı işğaldan azad etməyi borc kimi qəbul edən yeni gənc nəslin yetişdiyini oxucuya çatdıra bilib. Özü də bu borcu canı bahasına verməyi qəbul edən gənc nəsil…Sözsüz ki, heç nə elə belədən yaranmır və elə belə yerə yox olmur. Azərbaycanda qəhrəman gənc nəslin yetişməsi respublikada gedən müəyyən prosesin nəticəsi idi”.

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycanın 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan, şücaətlərdən danışıblar, vətəndən kənarda yaşayan azərbaycanlıların Qarabağı işğaldan azad edən şəhidlərimizin xatirəsini əbədi olaraq uca tutacaqlarını vurğulayıblar.(apa)

Moskvada Qarabağ uğrunda Vətən Müharibəsi şəhidlərinə həsr olunan kitab

Moskvada Vətən müharibəsi şəhidlərindən bəhs edən kitab çap olunub

İstanbul trv istanbul travestileri