07 May 2024 00:40

Fərqliliyimiz Uğurumuzdur

Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi Göyçay Bayraq Muzeyində

Azadsöz.az xəbər verir ki, bu gün Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Səxavət  Məmmədov başda olmaqla kollektiv,  Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini və YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov, musiqi  məktəbinin işçiləri  və başqaları Göyçay Bayraq Muzeyində olublar.

Göyçay  Bayraq  Muzeyinin  direktoru Aqil İbrahimov qonaqlara muzeydə  yer  alan Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyası , Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar haqqında ətraflı məlumat verib.

Görüşün sonunda qonaqlar muzeyin xatirə kitabına görüşlə  bağlı  öz ürək sözlərini yazıblar.