Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan Göyçay sakini Fərid Zakir oğlu Mövsümovun Göyçayda Şəhidlər Xiyabanında məzarını Göyçay Bayraq Muzeyinin direktoru Aqil İbrahimov, Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülçin Babayeva başda olmaq muzeyin kollektivi ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Daha sonra görüş şəhidin evində keçirilib.Fərid Mövsümovun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Vətənə olan sevgisinin, düşmənə intiqam hissinin Fərid Mövsümovda bitib-tükənməz olduğunu bildiriblər.Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirmiş qəhrəman Fərid Mövsümovla fəxr etdiklərini vurğulayıblar.
Görüşün sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Fərid Zakir oğlu Mövsümov 19 sentyabr 1987-ci ildə Göyçay şəhərində anadan olub.1993-cü ildə Göyçay rayon 3 saylı tam orta məktəbə gedib və rus-dili bölməsində oxuyub.Milliyətcə ləzgidir.Şəhidimizin atası Mövsümov Zakir Qaflan oğlu polis baş leytenant, anası Süleymanova Rəfiqə Əlibala qızı isə müəllimə olub.Şəhidimizin anası 2008-ci ildə, atası isə 2010-cu ildə xərçəng xəstəliyindən dünyasın dəyişib.Fərid Mövsümovun özündən savayı bir qardaş və bir bacısı var.Qardaşı Zaur Mövsümov Yol quruculuğunda, bacısı Sevda Mövsümova isə Qazaxıstanda həkim vəzifəsində çalışır.
Fərid Mövsümov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində könüllü olaraq döyüşə yollanıb.Füzuli rayonun Qaraxanbəyli, Üçbulaq kəndlərində gedən döyüşlərdə iştirak edərək, oktyabrın 30-da şəhid olub.Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Fərid Mövsümov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Xatırladaq ki, ötən gün rayon İcra Hakimiyyətinin başçısının, din xadimlərinin, şəhidin yaxınlarıının, qazilərin və digər şəxslərin iştirak ilə Göyçayda küçələrdən birinə Fərid Mövsümovun adı verilib.