18 May 2024 18:44

Bu gün xalq artisti Ağaxan Salmanlının doğum günüdür-FOTOLAR

Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycan teatr və kino aktyoru və film səsləndirən, Azərbaycanın xalq artisti (2005) və  “Qızıl dərviş” mükafatı laureatı Ağaxan Əli oğlu Salmanlının doğum günüdür.O, 1941-ci il  oktyabrın 29-da Suraxanıda anadan olub. 1949-1959-cu illərdə orta məktəbi bitirib.İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda alıb. 

Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. 1978-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına, Prezident Mükafatına layiq görülüb. 2016-ci ildə isə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 

Xalq artisti Ağaxan Salmanlının kino sahəsində yaratdığı bir çox  obrazlarla  xalqın  yaddaşlarda unudulmaz izlər buraxmışdı.Sənətkarın çəkildiyi  filmləri  sizlərə  təqdim edirik:

İstintaq davam edir (1966, tammetrajlı bədii film) – filmi səsləndirən (milis nəfəri)
Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – aktyor
Tülkü həccə gedir (1971, animasiya filmi) – filmi səsləndirən (tülkü)
Ulduzlar sönmür (1971, tammetrajlı bədii film) – aktyor

1001-ci qastrol (1974, tammetrajlı bədii film) – aktyor (musiqiçi)
Pıspısa xanım və siçan bəy (1974, animasiya filmi) – filmi səsləndirən (canavar)
Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – filmi səsləndirən (Haşım-Əhməd Əhmədov)
Arxadan vurulan zərbə (1977, tammetrajlı bədii film) – filmi səsləndirən (Kazımov-Nicat Bəkirzadə)
Ötən ilin son gecəsi (II) (1983, tammetrajlı bədii film) – aktyor
Ordan-burdan (1987, tammetrajlı film-tamaşa) – aktyor (Bayram bəy)
Alman klinikasına şəxsi səfər (1988, tammetrajlı bədii film) – aktyor
Bəxtin min bir oyunu (1998, qısametrajlı film-tamaşa) – aktyor
Nigarançılıq (1998, tammetrajlı film-tamaşa) – aktyor (Məşədi Səfər)
Güllələnmə təxirə salınır!… (2002, tammetrajlı bədii film) – filmi səsləndirən (“yetim” Paşa-Ayşad Məmmədov)
Ərazi (2005, qısametrajlı bədii film) – aktyor
Daşatan (2009, qısametrajlı bədii film) – aktyor
Bizim jek (2010, bədii serial) – aktyor
Mürafiə vəkillərinin hekayəti (2011, tammetrajlı film-tamaşa) – aktyor (Ağa Bəşir)
Vəkil hanı? (2011, tammetrajlı bədii film) – aktyor (Zəki)
Cavanlıq (2012-2013, bədii serial) – aktyor (Sakit)
Ağ-qara gecələr (2013, tammetrajlı bədii film) – aktyor
Qorxma, mən səninləyəm! 1919 (2013, tammetrajlı bədii film) – aktyor (balıqçı)
Axırıncı dayanacaq (2014, tammetrajlı bədii film) – aktyor (Süleyman)
Cırtdan və sehirli xalat (2016, animasiya filmi) – filmi səsləndirən (sehrli xalat)
Naxox (2016, tammetrajlı bədii film) – aktyor

 

Ağaxan Salmanlı harada dəfn olunacaq? - Açıqlama