Azadsöz.az “Verge” portalına istinadən xəbər verir ki, “Facebook” sosial şəbəkəsi, “İnstaqram” xidməti və “WhatsApp” mesencerinin sahibi olan ABŞ-ın “Facebook” korporasiyası gələn həftə adını dəyişdirməyi planlaşdırır. “Facebook”un bununla bağlı planlarını oktyabrın 28-i keçiriləcək konfransda elan edəcəyi gözlənilir.
Bildirilir ki, “Facebook”un yeni adı “metakainat” konsepsiyasına uyğun olacaq.