09 May 2024 01:38

Fərqliliyimiz Uğurumuzdur

Azərbaycan Xalq artisti vəfat etdi-FOTO

Azadsöz.az  xəbər  verir  ki, Prezident təqaüdçüsü, rejissor, Xalq artisti, professor Ağakişi Kazımov 85 yaşında dünyasını dəyişib. 

Xatırladaq ki, Ağakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə anadan olub. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil almışdır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edib. 1960-cı ildə A.Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib.

1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin “Duel” dramını, diplom işi kimi isə C.Cabbarlının “Aydın” əsərini tatarca hazırlayıb. 1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. A.Kazımov son olaraq Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində işləyib.

Qeyd edək ki, Ağakişi Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.

 

Ağakişi Kazımov: “Horadizdə teatr bayramı keçirmək heç kimə lazım deyil”