Azadsöz.az xəbər verir ki, Gürcüstanın saxlanılan sabiq prezidenti Mixail Saakaşvili qiyabi olaraq 9 il azadlıqdan məhrum edilib.
Prokurorluğun məlumatına əsasən, Saakaşvili bankir Sandro Girqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işi üzrə qiyabi məhkum edilib. O, birinci hala görə 3, ikinci hala görə 6 il azadlıqdan məhrum olunub.
Bundan başqa, Saakaşvili 7 noyabr 2007 -ci il müxalifətin mitinqinin dağıdılması, “İmedi” telekanalının dağıdılması və dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi işlərində təqsirləndirilir. Hazırda bu işlərə məhkəmələr baxır, hələlik heç bir hökm verilməyib.