Azadsöz.az xəbər verir ki, Vətən Müharibəsi şəhidi Musa Həsənovun kiçik qızı İnci vəfat edib.
Bu barədə şəhidin qohumları məlumat paylaşıb. Bildirilir ki, körpə anadangəlmə xəstə imiş.
“Doğulanda problemli olmuşdu. Başında körpücük sümüyü birləşməmişdi, ancaq müalicəsi tədricən gedirdi. Sonra iki oğlum şəhid oldu, 2 ay onları axtardım. Bununla da İncinin müalicəsi dayandı. Sonra türkiyədəki həkimə sənədləri göndərdim. Dedi ki, artıq gecdir. Həm də onun gözü görmürdü və başqa problemləri də var idi. Həkimlər deyirdi ki, yaşasa da 2 yaşadək yaşayacaq. İki oğlumdan sonra nəvəmi də itirdim”, -deyə Şəhidin anası bildirib (lent.az).