Azadsöz.az xəbər verir ki, şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub. Ziyarətçilər arasında Milli Qəhrəman, general-mayor Polad Həşimovun və Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin anası da olub. Onlar İsa bulağını da ziyarət ediblər. Səfərdən fotoları aparıcı Lalə Azərtaş sosial şəbəkədə paylaşım edib.
Xatırladaq ki, Polad Həşimovun anası Səmayə Həşimova Şuşanın işğaldan azad olunması ilə oğlunun qisasının alındığını və ən böyük arzusunun Şuşanı ziyarət etmək olduğunu bildirmişdi.