Azadsöz.az xəbər verir ki, Sahibkar Qadınlar İctimai Birliyi Azərbaycanda sahibkarlığın inkişafına göstərdiyi yüksək və uğurlu xidmətə görə, “Xurşidbanu Natəvan” Fəxri adına layiq görülüb. Gənc sahibkar “Naigin K Tovuz Baltiya” şirkətinin icraçı direktoru Günel Məmmədhəsənova özünün sosial hesabında bununla bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Ölkəmizdə dövlətimiz və Cənab Prezidentimiz tərəfindən hər gün iqtisadi rifahın artırılmasına, sahibkarlığın inkişafı ilə bağlı böyük işlər görűlür və addımlar atılır. Təbii ki, sahibkarlarda işlərin, edilən islahatların və yaradılan şəraitin bəhrəsini görür. Nəticə olaraq hər bir sahibkar öz əməyin müvəffəqiyətlərini, yeni hədəflərini və gələcək planlarını müəyyən edir. Ələxsus qadın sahibkarlar, bu işlərdə xüsusi öz töhfəsini verməkdə davam edir və edəcəyik!!!.
Bu gün biz də Sahibkar Qadınlar İctimai Birliyinin 20 illik Yubileyi münasibətilə “Xurşidbanu Natəvan” Fəxri adına layiq görüldük. Çox sevindirici haldır ki, gördüyümüz işlər, əmək, əziyət və yekunda əldə olunan naliyyət ətrafdanda görülür və dəyərləndirilir. Azərbaycanın böyük şairəsi, ictimayi xadim- XAN qızı Natavanın mükafatının laurətı olmaq çox qürur verici hissdir. Xan qızı – Xurşud banu Natavan zərif Azərbaycan qadının necə mərd, iradəli, müdrük olduğunun bariz nümunəsidir.Əminəm ki, necə ki, Xan qızı Natavan Qarabağın inkişafında öz töhfəsin verib, bizdə – Qadın Sahibkarlar olaraq Azad Qarabağa öz töhfəmizi verməyə başlayacayıq.Arzu edirəm, gələn dəfə bu mükafatlandırma Qarabağın mirvarisi – Şuşada keçirilsin, və biz hamımız orada iştirak edək .Bütün Qadın sahibkarlarmıza səslənirəm: Heç bir çətinliyin qarşısında dayanmayın mərd olun, iradəli olun, müdrük olun dayanmaq yox yalnız İRƏLİ !!!!!.
Bir daha XAN qızı mükafata layiq görüldüyüm üçün Zemfira Ağayeva xanıma və onunla çiyin çiyinə çalışan bütün kollektivinə sonsuz təşəkkür edirəm”.