Azadsöz.az xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. O, ev paltarı ilə Qaraman-Göyçay xətti ilə hərəkət edən avtobusa minərək Hacalıkənd kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının yanına gəlib, körpünün üstündə avtobusdan düşərək naməlum istiqamətə gedib.
Onun ailə üzvləri məsələ ilə bağlı Göyçay rayon Polis Şöbəsinə müraciət ediblər. Polis əməkdaşları onu itkin kimi qeydiyyata alaraq tapılması üçün tədbirlər görürlər.
Məlumata görə, Fuad Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngli çəkələk olub. Onu görüb tanıyan şəxslərdən 0508536521 (Valeh, əmisi oğlu) telefon nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Fuad bir qədər əvvəl ürəyindən cərrahiyyə əməliyyatı olunub.