DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadsöz.az -a verilən məlumatə görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Bəydövül kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 180 kiloqram olan 248 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.