06 May 2024 12:39

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda bu qurumun əməkdaşları Şəhidlər  Xiyabanında iməclik keçirib

Azadsöz.az xəbər verir ki, Göyçay Təhsil Şöbəsi əməkdaşları və şəhər  məktəblərinin kollektivi  tərəfindən  Göyçay  Şəhidlər  Xiyabanında iməclik keçirilib.Keçirilən  imcəlikdə Şəhidlər  Xiyabanı  alaq otlarından təmizlənib, ağacların qurumuş budaqları budanıb, daş və digər tullantı parçaları toplanıb və qurumuş ot örtüyü biçilərək səhmana salınıb.

Ekoloji tarazlığının qorunması, eyni zamanda  təbiətə qayğı hissinin güclənməsi baxımından keçirilən iməclikdə təhsil işçiləri böyük ruh yüksəkliyi ilə iştirak ediblər.