09 May 2024 06:25

Fərqliliyimiz Uğurumuzdur

Şəhid anası vəfat etdi – Fotolar

Azadsöz.az xəbər verir ki, Balakən rayonunun Katex kəndindən olan Vətən müharibəsi şəhidi Yusif Təmirovun anası Məkkə Təmirova dünyasını dəyişib.

Bu barədə “qafqazinfo”ya mərhumun yaxınları məlumat verib.Onların sözlərinə görə, şəhid anası oğlunun vəfatından sonra psixoloji sarsıntı keçirib, vəziyyəti getdikcə pisləşib və vəfat edib.