Azadsöz.az xəbər verir ki, Koronavirus – COVID-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Göyçayda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.Rayonun Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən rayonda idarə və müəssisələrin inzibatı binasında, ticarət və iaşə obyektlərində dezinfeksiya işləri həyata keçirilir.
Xüsusi dezinfeksiyaedici məhlullarla qrafikə uyğun olaraq, Heydər Əliyev prospektindən başlayaraq, rayonun küçələrində və kəndlərində dezinfeksiya işləri görülür.
Bununla yanaşı Göyçayda əhali arasında mütamadi olaraq, qabaqlayıcı və maarifləndirici söhbətlər aparılır.