17 May 2024 13:07

Yeni təyin olunan icra başçıları kimlərdir? – DOSYE + FOTO

Azadsöz.az  xəbər  verir  ki, bu gün  Prezident İlham Əliyev sərəncamı ilə Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 34 yaşlı Ə.Abbasov bu təyinata qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru idi.

O, İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.

****

Azadsöz.az  xəbər  verir  ki, bu gün  Prezident İlham Əliyevin sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Elvin Paşayev 27 iyul 1983-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Regionşünaslıq ixtisası üzrə təhsil alıb.

İcra başçısı təyin edilənədək Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini – İnsan resursları şöbəsinin müdiri vəzifəsində işləyib. Bundan əvvəl isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində çalışıb. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıdır.

Qeyd edək ki, onun qardaşı Cavid Paşayev bir neçə gün əvvəl “Yeni klinika” tibb müəssisəsinə baş həkim təyin olunub.

***

Azadsöz.az  xəbər  verir  ki, bu gün  Prezident İlham Əliyevin sərəncamı ilə Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

O, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. 2019-cu ildə general-mayor rütbəsi verilib.