Azadsöz.az xəbər verir ki, 26 iyulda Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin sədrliyi ilə müşavirə keçirilib.
Müşavirədə RİH başçısı aparatının əməkdaşları, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək ev təsərrüfatlarının uçotu işinin başa çatdırılması, uçot işlərinin aparılmasının daima nəzarətdə saxlanılması, müvəqqəti qaib şəxslər haqqında məlumatların bir daha dəqiqləşdirilməsi, nümayəndəlik ərazisində qeydiyyatsız yaşayanların uçota alınması, mövcud siyahıların dürüstləşdirilərək yekunlaşdırılması, kəndlərdə və rayonun mərkəzində məişət tullantılarının vaxtında toplanması və daşınması, kəndlərdə qaz, işıq və su pulunun 01 avqusta kimi ödənilərək başa çatdırılması, içməli su xətlərinə qanunsuz qoşulmaların qarşısının alınması, kəndlər üzrə torpaq vergisinin ödənilməsi, qazilərə və müharibə iştirakçılarına torpaq payının düzgün şəkildə verilməsi ilə bağlı məsələlərə toxunub.
Müşavirədə mövcud problemlərin və onların aradan qaldırılması ilə bağlı şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrə tapşırıqlar verilib.Görüləcək işlər təhlil olunaraq müzakirə olunub.