19 May 2024 06:01

Müəllim olmaq istəyən üç mindən çox namizəd təkrar imtahan verir

Azadsöz.az xəbər verir ki,  bu gün Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir.

Təhsil Nazirliyindən verilən məlumata görə, bugünkü təkrar imtahanlarda 3 055 namizədin iştirakı gözlənilir.

Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4 091 nəfər müraciət edib.