Azadsöz.az xəbər verir ki, Ukraynanı Tokio 2020 Olimpiya Oyunlarında təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov bu gün mübarizəyə qoşulub.
67 kq çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə 1/8 finalda Frederik Bjerrehusu (Danimarka) 5:1 hesabı ilə məğlub edib. 1/4 finalda isə Artem Surkova (Rusiya Olimpiya Komitəsi) qalib gələn Nəsibov yarımfinala vəsiqə qazanıb.
Pərvizin yarımfinaldakı rəqibi misirli güləşçi Əl-Sayeddir. Görüş bu gün Bakı vaxtı ilə 13:00-da başlayacaq.