Azadsöz.az xəbər verir ki, Şimali Makedoniyanın şərqindəki Koçana şəhərinin dağlıq bölgələrində meşə yanğını baş verib.
Paytaxt Skopyedən təxminən 100 kilometr aralıda olan şəhərdə küləyin təsiriylə yanğınların bəzi evlərə yayıldığı bildirilib.
Koçana Bələdiyyə Başçısı Nikolço İliyev şəhərin üç tərəfdən təhlükə altında olduğunu bildirərək yanğının söndürülməsi üçün qurumlardan kömək istəyib.