Azadsöz.az xəbər verir ki, sabahdan Bakıda 161 nömrəli müntəzəm marşrut xətti “Bakıkart”a inteqrasiya olunacaq.
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
O, həmçinin qeyd edib ki, bu günə qədər müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 69%-i “Bakıkart”a keçib.